"Ermənistanın hazırkı siyasi hakimiyyəti təhlükəsizlik məsələlərini və onların həllini gündəmə gətirmək əvəzinə, cəmiyyətə prioritet olmayan və çox vaxt təhlükəli qanunvericilik və digər təşəbbüslər irəli sürməkdə davam edir".
"Unikal" xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyası bəyanat yayıb.
"Ermənistanın indiki hakimiyyətinin yetişməmiş və kasıb siyasəti şəraitində reallıq daha qaranlıqdır. Bu aydındır. Erməni dövlətçiliyi və erməni xalqı ontoloji təhlükə ilə üz-üzədir", - bəyanatda qeyd olunub.
Gülayə Mecid