Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Ankara ilə qarşıdurmada ABŞ-dan kömək istədiyini açıqlayıb.
"Unikal" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Ankaradakı Qaci Bayram Vəli Universitetinin Konqres Mərkəzində çıxış edən Türkiyə prezidenti Yunanıstan hərbçilərinin Egey və Aralıq dənizlərinin ortasında miqrantları ölümə buraxan hərəkətlərini şərh edib:
"Təəssüf ki, dünya susur, bu insanların faciəsini görməməyi üstün tutur. Üstəlik, Yunanıstanın baş naziri ABŞ-dan kömək istəyir. Kimə qarşı? Türkiyəyə qarşı. Afinada hansı addım atılsa da, Ankara öz milli maraqları üçün lazım olan hər şeyi edəcək”.
Gülayə Mecid