Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində indiyədək 582 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib. Onun sözlərinə görə, yaralınardan 135 nəfər xəstəxanaya yatırılıb və 5 nəfər əməliyyat olunub.

Həsən Nami əlavə edib ki, zəlzələ nəticəsində 12 kəndə ziyan dəyib, 50 ev tamamilə dağılıb, 500 mənzilə isə 20-60% aralığında ziyan dəyib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib.

***

12:06

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə xəsarət alanların sayı 530 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. 

***11:42

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır.

"Unikal" xəbər verir ki, zəlzələ nəticəsində 390 nəfər yaralanıb.

***10:19

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

"Unikal" istinadən xəbər verir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.