Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə bağlı məhkəmə iclası keçirilməyib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şota Tutberidze məlumat verib.
Onun dediklərinə görə, məhkəmə Tbilisidə Saakaşvilinin müalicə aldığı "Vivamed" klinikasında baş tutmalı idi: "Bu gün məhkəmə və prokurorluq nümayəndələri heç bir xəbərdarlıq etmədən Mixail Saakaşvilinin yaxınlığındakı xəstəxanaya soxularaq ondan ifadə almağa cəhd ediblər. Bu qanunsuz hərəkətlərə görə yataqda olan Saakaşvilinin səhhəti pisləşib. Həkimlər təcili müdaxilə edib", - deyə vəkil bildirib.
Prokuror Levan Vepxvadze bəyan edib ki, Saakaşvili məhkəmədə ifadə verməkdən imtina edib, lakin proses oktyabrın 19-da davam edəcək.
Ağarza Elçinoğlu