Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojye vilayətlərinin rəhbərlərini təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Belə ki, Denis Puşilin DXR, Leonid Paseçnik LXR, Yevgeni Balitski Zaporojye vilayətinin, Vladimir Saldo isə Xerson vilayətinin rəhbərləri vəzifələrinə təyin ediliblər.
Bütün fərmanlar imzalandığı gündən - oktyabrın 5-dən qüvvəyə minib.
Gülayə Mecid
***10:43
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri ratifikasiya edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.