Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin oktyabrda keçirilən iclasında dünya ictimaiyyətini Rusiyanın Ukraynadakı müharibəyə görə təzminat ödəmək öhdəliyi ilə bağlı qətnaməni dəstəkləməyə çağırıb.
"Unikal" xəbər verir ki, o, bunu Parisdə “Müharibə və Qanun” adlı ictimai debat iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Zelenskinin sözlərinə görə, Rusiya Ukraynaya bütün itkiləri və dağıntıları kompensasiya etmədən müharibədən sonrakı ədalət sadəcə mümkün deyil.
"Artıq, oktyabr ayında biz beynəlxalq hüquqa dəyər verən hər kəsə BMT Baş Assambleyasında fundamental qətnaməni dəstəkləməyi təklif edirik. Rusiyanın bu müharibəyə görə təzminat ödəmək üzrə beynəlxalq hüquqi öhdəliyini təsdiq edəcək və kompensasiya mexanizminin zəruriliyini tanıyacaq qətnamə qəbul edilməlidir", - deyə Zelenski bildirib.
O vurğulayıb ki, Rusiya Ukraynada törətdiyi qəddarlıq və dağıntıların əvəzini tam ödəməlidir.
Gülayə Mecid