Türkiyənin Adana şəhərində məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər bverir ki, hadisə nəticəsində 14 şagird xəsarət alıb.

Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus ağaca dəyib və aşıb.

Xəsarət alan şagirdlər xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.