"NATO alyansı indi faktiki olaraq Rusiyaya qarşı mübarizə aparır".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"NATO bloku əslində bizə qarşı mübarizə aparır, onun üzvləri Kiyev rejimini ağır silahlar, döyüş sursatları, kəşfiyyat məlumatları ilə təmin edir, hərbi mütəxəssislərin hazırlanmasını təmin edir”, - Patruşev bildirib.
Onun sözlərinə görə, NATO üzvləri hərbi əməliyyatların planlaşdırılmasında iştirak edir:
"Və bunlar boş sözlər deyil. Birləşmiş Ştatlar və onun müttəfiqləri bütün dünyada, o cümlədən Rusiya sərhədləri yaxınlığında yerləşən laboratoriyalarda bioloji silah hazırlamaq planlarını çoxdan həyata keçirməyə başlayıblar. Artıq bildiyimiz kimi, laboratoriyaların bəziləri Ukraynada yerləşirdi və xüsusilə təhlükəli patogenlərin yaradılması üçün istifadə olunurdu”, - Patruşev bildirib.
Gülayə Mecid