Böyük Britaniyanın Baş naziri Liz Trass Ukrayna torpaqlarından imtina müqabilində Rusiya ilə sülh razılaşmasının əldə olunmasının əleyhinə danışıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
"Ukrayna xalqı təkcə öz təhlükəsizliyi üçün deyil, bizim hamımızın təhlükəsizliyi üçün mübarizə aparır. Bu, bütün dünyada azadlıq və demokratiya uğrunda mübarizədir. Putinin Ukrayna ərazilərini qanunsuz ilhaq etməsi onun demokratiyanı boğmaq üçün etdiyi kampaniyanın son aktıdır. Biz Ukrayna torpaqlarını mübadilə etmək üçün nəzərdə tutulmuş razılaşmanı istəyənlərə boyun əyməməliyik. Onlar sülh illüziyası üçün ukraynalıların həyatı ilə ödəməyi təklif edirlər”, - deyə Trass vurğulayıb.
Seymur Əli