Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz teleqram kanalında bildirib.
“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - deyə Kadırov vurğulayıb.
Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir, bu ilin martın sonunda ona general-leytenant hərbi rütbəsi verilib.