ABŞ-ın Ukraynaya əlavə hərbi yardım göndərməsindən sonra Rusiyadan açıqlama gəlib.
"Unikal" xəbər verir ki, Rusiya xəbərdarlıq edib ki, bu cür yardım ABŞ-la birbaşa münaqişəyə səbəb ola bilər.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bunun Rusiya üçün “açıq təhdid” olduğunu deyib.
“Biz Vaşinqtonu çox ciddi nəticələrə səbəb ola biləcək təxribat xarakterli hərəkətlərinə son qoymağa çağırırıq”, - deyə Antonov ABŞ-ı müharibəyə cəlb etməkdə ittiham edib.
ABŞ Müdafiə Nazirliyi Ukraynaya əlavə 625 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb. Ukraynaya göndəriləcək silahlara dörd yüksək performanslı “Himars” çoxsaylı raket sistemi və 16 “Haubitsa” silahı daxildir. Fevralın 24-də Rusiya işğalı başlayandan bəri ABŞ Ukraynaya 17 milyard dollara yaxın hərbi yardım ayırıb.
Ukraynanın Rusiyanın işğal etdiyi bölgələri geri almaq üçün keçirdiyi son əməliyyatda ABŞ silahlarının mühüm rol oynadığı bildirilir.
Gültəkin Ələsgər