Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə ötən gün saat 18:20 radələrində rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.