Baş nazir Əli Əsədov oktyabrın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Ətraflı

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.