"Bu məsələnin köklü həllini istəyiriksə, ilk növbədə paytaxt uyğun yerə köçürülməlidir. Bu olmadıqda, Bakıda olan bəzi ali təhsil müəssisələrini, nazirlik və komitələri digər rayonlara, şəhərlərə köçürmək olar".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli Bakının tıxac problemi ilə bağlı sualı cavablandırarkən deyib. Deputat bildirib ki, bunlarla yanaşı regionlarda iqtisadiyyat yaranmalıdır:
"Hamı köhnə maşın tapıb Bakıda taksilik edir. İnsanlar regionlardan Bakıya gəlir. Faktiki ölkə əhalisinin yarısı və ya daha çoxu paytaxtdadır. Bakıda nəfəs almaq olmur. İnsanlar rayonlar ş tapa bilmədiyi üçün Bakıya doluşub. Camaatın şəhərdən kəndə qayıtmağını təmin etmək lazımdır. Onların geri qayıtması stimullaşdırılmalıdır".
Anar Kəlbiyev