Praqada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin dördtərəfli görüşü başa çatıb.
"Unikal" xəbər veirr ki, qeyri-rəsmi məlumatlara görə, Əliyev və Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün Brüssel və ya Qərb formatını seçdiyinə dair təhlillər dərc olunub.
20:24
Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.
xxx
19:30
Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dördtərəfli görüşü başlayıb.
"Unikal" görüşdən ilk fotoları təqdim edir.