“İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” sözlərinə görə həbs edilən daha sonra isə ev dustaqlığına buraxılan müğənni Gülşən ilk dəfə jurnalistlərin obyektinə tuş gəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkədən çıxış qadağası olan Gülşən səhər saatlarında Beşiktaş Levent Polis gəlib.
Çox keçməyib ki, müğənni jurnalistlərə heç bir izahat vermədən dostunun maşınına minərək polis idarəsini tərk edib.
Qeyd edək ki, avqustun 29-da ev dustaqlığına buraxılan Gülşənin indiyədək 40 konserti ləğv edilib.
Seymur Əli