Rusiyanın pop müğənnisi və aktyoru Leonid Şumski 77 yaşında vəfat edib.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, onun ölüm səbəbi  məlum deyil.

Şumski 1945-ci il iyunun 10-da anadan olub. 1967-ci ildə Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı adını alıb.O, bir çox sovet televiziya proqramlarında çalışıb, həmçinin ansambl və orkestrlərlə çıxış edib. 2000-ci ildə müğənni Rusiyanın əməkdar artisti adına layiq görülüb.

Gülayə Mecid