"Fox" telekanalında yayımlanan "Mahkum" serialının ssenarisində və heyətində dəyişiklik ediləcək.
"Unikal" xəbər verir ki, aktyor Hakan Karsak ekran işinə vida edəcək. O, yeni film təklifi aldığı üçün layihədən ayrılmaq qərarı alıb. Bu səbəbdən ssenaridə dəyişiklik ediləcək. Digər tərəfdən serialın reytinqlərdə geriləməsi layihənin vaxtından əvvəl final edə biləcəyini də istisna etmir.
Qeyd edək ki, ekran işinin baş rollarını Onur Tunayla İsmayıl Hacıoğlu canlandırır.