Amerikalı məşhur kantri-müğənni Codi Miller vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 80 yaşlı sənətçi parkinson xəstəliyindən dünyasını dəyişib. O, 7 ildir bu xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Codi 1965-ci ildə "Queen of the house" hitinə görə "Qremmi" mükafatına layiq görülmüşdü.