Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter" hesabında yazıb.
“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.