"Danışıqlar prosesində münaqişənin sülh yolu ilə həllinə iki yanaşma var".
"Unikal" xəbər verir ki, bunu “ Kommersant ”ın məlumatlı diplomatik mənbələri bildirib.
“Rusiya müqaviləsi layihəsi Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemlərin həllini nəzərdə tutur. Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi dayanacaq. Tanınmamış respublikanın statusunun gələcəkdə müəyyənləşdirilməsi mövzusu İqor Xovayevin münaqişə tərəflərinə təqdim etdiyi sazişin rus variantının 15-ci bəndində öz əksini tapıb. Ermənistan hakimiyyəti rus versiyasına razılıq verib, lakin Azərbaycan bunu rədd edib, çünki Bakı Qarabağ problemini həll olunmuş hesab edir və onun Azərbaycandakı statusu məsələsinə qayıtmaq istəmirlər.
Sonra Moskva, “Kommersant”ın məlumatına görə, müqavilə layihəsini yeniləyib: indi Qarabağın statusu məsələsinin sənədin özündə deyil, ona əlavə protokollarda qaldırılması təklif olunur. İrəvanın və Bakının buna necə reaksiya verdiyi hələlik məlum deyil.
Avropa formulu, mənbələrə görə, daha əhatəlidir və Qarabağın statusuna heç bir şəkildə təsir etmir. Brüssel Xankəndilə (Stepanakertlə) Bakı arasında birbaşa dialoqun qurulmasının tərəfdarıdır, beynəlxalq oyunçuların bu dialoqa cəlb edilməsi üçün bəzi mexanizmlər təklif edir. Lakin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi və Rusiya ilə sərt qarşıdurma şəraitində bunun reallıqda necə baş verəcəyi bəlli deyil.