Səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub.
"Unikal" xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko “Twitter“ hesabında raketlərdən birinin şəhərin Vladimirskaya küçəsinə düşdüyünü yazıb.
Məlumata görə, həmin küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının və Vladimir Zelenskinin ofisinin yerləşir.