Ukrayna prezidenti Volodimir Zelenski üç ildən sonra ilk dəfə rəsmi görüşə kostyum geyinib.

"Unikal" “The Times”a istinadən xəbər verir ki, Böyük Britaniyaya səfəri zamanı Ukrayna lideri Vindzor qəsrində kral III Çarlzla görüşüb. Zelenski ictimai tədbirə qara kostyum və ayaqqabıda, lakin qalstuksuz gəlib. Öz növbəsində Britaniya kralı boz kostyum, ağ köynək və qalstuk geyinib.