Episentri Tayvanın şərq sahillərində dənizdə, 5,9 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, zəlzələnin gücü böyük olsa da hələ ki, dağıntılar və tələfat barədə məlumat verilməyib.
Zəlzələ paytaxt Taybeydə qısa müddət ərzində binaları silkələyib. Rəsmilər əlavə edib ki, zəlzələ 17,9 km dərinlikdə olub və Tayvanın şimal, mərkəzi və şərq bölgələrində hiss olunub.
Tayvan Cənubi Çin dənizində iki tektonik plitənin qovşağının yaxınlığında yerləşdiyi üçün tez-tez dağıdıcı zəlzələlərə məruz qalır.
2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələdə 100-dən çox insan, 1999-cu ildə isə 7.3 bal gücündə zəlzələdə 2000-dən çox insan həyatını itirmişdi.