Türkiyədə yeni yayımlanan “Ben bu cahana sığmazam” serialının heyyətinə yeni sima daxil olub.
"Unikal" xəbər verir ki, ekran işində aktrisa Aslı Melisa Uzun rol alacaq. O, 4-cü bölümdən etibarən "Melike" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, layihənin baş rolunu Oktay Kaynarca canlandırır.