İstanbulda azərbaycanlı müğənni Nərgiz Bağıyeva avtomobilini vuran taksi sürücüsünün zorakılığına məruz qalıb.
"Unikal" "Habertürk"ə istinadən xəbər verir ki, taksi sürücüsü əvvəlcə müğənninin burnunu sındırıb, başını dəmir baryerlərə vurub, daha sonra sürücü müğənninin telefonunu sındıraraq yoluna davam edib.
Azərbaycanlı müğənninin taksi sürücüsünün zorakılığına məruz qaldığı anlar kameralara əks olunub.
Nərgiz Bağıyeva hadisədən sonra polisə məlumat verərək, sürücüdən şikayətçi olub.
Gülayə Mecid