Rusiyalı ulduz Alla Puqaçovanın nəvəsi - Nikita Presnyakov Ukraynadakı müharibəyə səfərbər olmamaq üçün Rusiya Federasiyasından qaçıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, İvanqorod və Estoniya Narvası arasındakı keçidlərinin birində piyada sərhədi keçib.
Bildirilir ki, Nikita Presnyakov sentyabrın 24-də Rusiyadan qaçıb. Onun Litva vətəndaşlığı var, ona görə də sərhədi problemsiz keçib və Rusiya Federasiyasından kənara çıxıb.
Qeyd edək ki, bir müddət əvvəl rusiyalı deputat Roman Xudyakov açıqlama vermişdi ki, Puqaçova ölkədən gedəndən sonra onun nəvələri Rusiya Federasiyasının müdafiəsinə cəlb olunmalı və müharibəyə göndərilməlidir.
Qeyd edək ki, Alla Puqaçova özü iki dəfə Rusiyanı tərk edib. Hazırda o, ailəsi ilə birlikdə İsraildədir.
Gülayə Mecid