"Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək qərarına gəlib".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
"Mənə indicə məlumat verildi ki, görünür, Aİ-nin artıq belə bir faktaraşdırıcı missiya göndərmək qərarı var."
Mirzoyan xatırladıb ki, oktyabrın 6-da Fransa prezidenti Emmanuel Makron və Aİ nümayəndəsi Şarl Mişelin təşəbbüsü ilə Praqada görüş keçirilib və bu görüşdə Ermənistana Aİ missiyasının göndərilməsi barədə razılıq əldə olunub. "Onda yəqin ki, hesabat verəcəklər."
Gültəkin Ələsgər