ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
“Dövlət başçısı israrla bildirib ki, Rusiya əsirlərin mübadiləsi üzrə ciddi təkliflər verməli və ya danışıqların aparılması üçün təkliflər irəli sürməlidir” – deyə sözçü qeyd edib.
Karin Jan-Pyer əlavə edib ki, Vaşinqton əsirlərin mübadiləsi üçün Moskva ilə təmasları davam etdirir.