Amerikalı aktyor və prodüser Bred Pitt "Plan B Entertainment" adlı kinostudiyasını satmaq qərarına gəlib. 

"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hazırda şirkət üçün alıcı və ya investor axtarılır. Bred Pitt və film prodüseri Dede Qardnerin idarə etdiyi "Plan B Entertainment"in satış səbəbləri barədə məlumat verilmir.

"Bir Zamanlar Hollivudda" filminin ulduzu 2001-ci ildə keçmiş həyat yoldaşı, amerikalı aktrisa Cennifer Enistonla birlikdə sözügedən kinostudiyanı qurub. 2005-ci ildə onlar boşandıqdan sonra Pitt şirkətin yeganə sahibi olub. 

Ağarza Elçinoğlu