Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan sammitinin keçirilməsi ideyasını müzakirə etməyiblər.
"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Overçuk “Belə bir mövzu indi qaldırılmayıb” deyə qeyd edib.
Xatırladaq ki, Kremlin sözçüsü Yuri Uşakov ərəfəsində bildirmişdi ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın vaxtlarda onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır.
Gültəkin Ələsgər