"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen öldürülüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib. Şübhəli şəxs restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı repçiyə hücum edərək üzərindəki qızıl-zinət əşyalarını götürməyə çalışıb və onu güllələyib. Cinayətkar atəşdən sonra dərhal hadisə yerindən qaçıb

"PnB Rock" təcili olaraq ən yaxın xəstəxanalardan birinə aparılsa da, onun ürəyi dayanıb.