Müğənni Rəqsanə İsmayılovanın oğlu ötən gün əməliyyat olunub.
"Unikal" xəbər verir ki, xəstəxanadan foto paylaşan sənətçi övladı Muhammedin uroloji probleminin aradan qaldırıldığını bildirib.
Qeyd edək ki, Rəqsanə ötən gün oğlunun əməliyyatını lentə alacağını və yutubda yayımlanan verilişində nümayiş etdirəcəyini bildirmişdi.