Müstəqil Dövlətlər Birliyinə (MDB) 2023-cü ildə Qırğız Respublikası sədrlik edəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın Dövlət Başçıları Şurasının oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında qərar qəbul olunub.
Bildirilir ki, MDB Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı 2023-cü il oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. Hazırda MDB-yə Qazaxıstan sədrlik edir.