"Fransa Prezidenti Azərbaycan əleyhinə açıqlamasında qeyd edir ki, onu heç kim neft və qazla ələ ala bilməz. Mən isə deyirəm ki, vicdanlı, ədalətli, satılmayan adam işğalçı Ermənistanın şeypuruna, tütəyinə çevrilməz".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır.
O əlavə edib ki, Fransa Senatında noyabrın 15-də Azərbaycan əleyhinə qətnamə qəbul olunarsa, Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfir geri çağırılmalıdır.
Anar Kəlbiyev