İranın XİN-nin sözçüsü Amerika prezidenti Baydenə müraciət edib.
"Unikal" xəbər verir ki, o, ABŞ liderinə xitabən deyib: “İran yorğun bir siyasətçinin mülahizələri ilə sarsılan deyil. İran yorğun bir siyasətçinin müdaxilələri və nidaları ilə sarsıla bilməyəcək qədər qürurludur. Sizin adətiniz bulanıq sudan balıq tutmaqdır. Ancaq unutmayın ki, bura İrandır, qürurlu kişilər və qadınlar ölkəsidir".