Sosial şəbkələrdə bir şəxsin Gədəbəy rayonunda odlu silahdan atəş açmasını görüntüləri yayılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, silahla havaya atəş açan şəxs Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədovdur.
Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Seymur Əli