Qırğızıstan prezidenti Sadır Japarov Rusiya lideri Vladimir Putindən Tacikistanla sərhədin delimitasiyası məsələsinin həllində kömək istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib.
"Astanada keçirilən görüşdə üç lider sərhəd məsələsi ilə bağlı açıq danışıblar. Japarov Putindən bu məsələnin həllində köməklik göstərməsini xahiş edib, çünki bunu özümüzün həll edə bilməyimiz getdikcə çətinləşir", - İmankulov qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının rəhbəri bu barədə düşünəcəyini, sənədlərə baxacağını və tərəflərin variantlarını nəzərdən keçirəcəyini, eləcə də məsələyə qiymət verəcəyini vəd edib.
Ağarza Elçinoğlu