Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanda Aİ-nin monitorinq missiyasının yerləşdirilməsini alqışlayıb.
"Unikal" xəbər verir ki. Şarl Mişel bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardınca monitorinq imkanlarının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimad inşasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”, - deyə o bildirib.