Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Rumıniya və Bolqarıstanı ilin sonunadək Şengen zonasına qəbul etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnamədə deyilir.
Deputatların fikrincə, hər iki ölkə uzun illər ərzində tələb olunan meyarlara cavab verib.
Avropa Parlamentinin qətnaməsində qeyd edilir ki, Rumıniya və Bolqarıstanın 2022-ci ilin sonuna qədər Şengenə qəbulu 2023-cü ilin əvvəlindən daxili sərhədlərdə yoxlamalara son qoymağa imkan verəcək.