"İran Ermənistanla əlaqə yolunun bağlanmasına icazə vermədi"
"Unikal" xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Hüseyn Əmirabdollahian çərşənbə axşamı axşam İk Sima kanalında yayımlanan 13-cü hökumətin 13 aylıq xarici siyasətindən bəhs edən “Diplomatiya sahəsi” sənədli filmində deyib:
O, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişəyə toxunaraq vurğulayıb: İran Ermənistanla əlaqə yolunun bağlanmasına icazə vermədi və regionda hərbi təlimlər keçirməyə davam etdi.
Sənədli filmində iki ölkə arasında hərtərəfli əməkdaşlıq sazişinin hazırlanması üçün Tehran və Moskva arasında məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı məsələyə toxunan XİN rəhbəri bildirib ki, bu müqavilə ilin sonuna kimi Tehran və ya Moskvada imzalanacaq.
Gültəkin Ələsgər