"Bir daha xatırladıram, qeyd edirəm və bildirirəm ki, təəssüf ki, 44 günlük müharibə nəticəsində bəli, Ermənistan Qarabağ (Artsax) xalqının hüquqlarını hərbi yolla müdafiə etmək imkanından məhrum edilib".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Eduard Ağacanyan bildirib.
“Bu, 9 noyabr razılaşmasında Rusiya sülhməramlıları və onların Qarabağda (Artsaxda) olması ilə bağlı bəndlə bağlıdır, əks halda onlar Qarabağda olmazdılar. Ermənistanın Qarabağda hərbi mövcudluğu yoxdur. Biz masada olan resursları aydın və real qiymətləndirməliyik, söhbət siyasi və diplomatik resurslardan, beynəlxalq ictimaiyyətin maksimum cəlbindən gedir”, - Ağacanyan bildirib.
Onun sözlərinə görə, o, bunu ABŞ konqresmenləri ilə görüşündə də elan edib və vurğulayıb ki, əgər Qarabağda beynəlxalq mexanizmlər işləməsə, o zaman etnik təmizləmə qaçılmazdır və ən yaxşı halda kütləvi mühacirət baş verəcək.
Ağacanyanın sözlərinə görə, Türkiyə öz məqsədlərində Ermənistanı çaşdırmağa çalışmır, onlar öz məqsədlərində çox düzdürlər, çox açıq şəkildə bildirirlər ki, Türkiyə Ermənistan və Azərbaycanla öz koordinasiyasını həyata keçirir.
“Bu, Ermənistan-Türkiyə münasibətlərinin mümkün inkişafı üçün problemlidir. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə, Ermənistan beynəlxalq ictimaiyyətin maksimum təmsilçiliyini təmin etmək üçün səy göstərməlidir. Nüfuzlu siyasi vasitəçinin olması çox vacibdir".- deyə Ağacanyan bildirib.
Gültəkin Ələsgər