Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Naqzirliyindən "Unikal"a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.