Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gedir.
"Unikal" xəbər verir ki, Türkiyə lideri şəxsi "TC-TUR" təyyarəsi ilə birbaşa Zəngilan Beynəlxalq hava limanına enəcək.
Pezidenti işgüzar səfəri zamanı xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, rabitə direktoru Fahrettin Altun və prezidentin sözçüsü İbrahim Kalı müşayiət edir.
Ərdoğanın Azərbaycana bir günlük səfərindən sonra axşam saatlarında Türkiyəyə qayıdacağı gözlənilir.
Ağarza Elçinoğlu
Azərbaycana gələn Türkiyə prezidentinin korteji... 🚨@RTErdogan 🇹🇷🇦🇿 pic.twitter.com/FvbYwBYKAl
— Unikal Media Group (@UnikalOrgPortal) October 20, 2022