Penitensiar xidmətlə Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyi Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsində saxlanılan məhkum İbrahim Nəsrəddin oğlu Muqumov məxsus olan və onun tərəfindən həbs olunmamışdan əvvəl Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətində torpağa basdıraraq gizlətdiyi “AKS-74” markalı avtomat silah aşkar edilərək götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.