Türkiyə əsgərinin Azərbaycanda mandatının uzadılması ilə bağlı prezident memorandumu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
"Unikal" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Rəyasət Heyətinə təqdim olunan memorandumda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yaranmış yeni vəziyyət nəticəsində üçtərəfli bəyannaməyə görə, regionda sabitliyin qorunması istiqamətində nəzərdə tutulan fəaliyyətlər davam etdirilir.
Türkiyənin Rusiya ilə birlikdə qurduğu Ortaq Mərkəzin fəaliyyətini davam etdirdiyini, Ortaq Mərkəzin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyini vurğulayaraq, sözügedən missiyanın davam etdirilməsi üçün Türkiyə Silahlı Qüvvələrinin icazə müddətinin 17 noyabr 2022-ci il tarixindən etibarən bir il uzadılması tələb olunub.
Ağarza Elçinoğlu