Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 20-21-də Avrasiya Hökumətlərarası Şurasının iclasının keçiriləcəyi Yerevana gəlib.
"Unikal" xəbər verir ki, Rusiya Federasiyası hökumətinin mətbuat xidmətinin məlumatına görə, cümə axşamı hökumətlərarası şuranın dar tərkibdə iclası keçiriləcək. Sabah Aİİ ölkələrinin hökumət başçıları Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşəcək. Həmin gün Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası gözlənilir.
İclas zamanı Avrasiya inteqrasiyasının aktual məsələləri, eləcə də assosiasiyanın daxili bazarının fəaliyyəti, o cümlədən malların hərəkətinə maneələrin aradan qaldırılması, sənaye əməkdaşlığı və gömrük-tarif tənzimlənməsi məsələləri müzakirə olunacaq. Rəqəmsal gündəliyə, xüsusən də Aİİ-nin inteqrasiya olunmuş informasiya sisteminin inkişafı və təkmilləşdirilməsi perspektivlərinə, malların elektron ticarətinin inzibatçılığı üçün vahid analitik sistemin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Qaz, o cümlədən neft və neft məhsulları üçün ümumi bazarların formalaşdırılmasına dair sazişlərin hazırlanmasının gedişi nəzərdən keçiriləcək.
Gültəkin Ələsgər