İranda xalq etirazları başlanandan Rabitə Nazirliyi ölkıdə internetə girişə məhdudiyyətlər qoyub və sosial medianı tamamilə bloklayıb
"Unikal" xəbər verir ki, bununla bağlı Elon Mask Tvitter hesabında İranın Rabitə nazirliyi ilə bağlı sarkazmla paylaşım edib:
"Son günlər eşidirəm ki, İranın rabitə naziri İsa Zarepur var gücü ilə İran xalqını "Starlink"-in daimi abunəçisi olmağa məcbur edir. Gözəl xəbərdir. Mən mümkün olduqca tez bir zamanda onu "Starlink-in marketinq departamentinə baş direktor vəzifəsinə işə götürəcəyəm. Afərin sənə, İsa! Beləcə davam et!".
Gültəkin Ələsgər