TƏBİB Şəkidə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

TƏBİB-dən  "Unikal"a daxil olan məlumatda bildirilib ki, 20.10.2022-ci il tarixində saat 21:30 radələrində 7 nəfər “Mədə bağırsaq pozğunluğuna şübhə” diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Vətəndaşlara ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".

***10:02

Şəki şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.