İzmirin Bornova rayonunda məsciddə namaz qılarkən infarkt keçirən şəxs vəfat edib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Haydar Çobanın namaz qılarkən halı pisləşib və yerə yıxılıb. Şəxs infarkt keçirərək dünyasını dəyişib.
Həmin anlar anbaan təhlükəsizlik kamerasına əks olunub.
Seymur Əli